Çempionlar Liqası

ÇL: “Reyncers”dən darmadağın

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Azərbaycan təmsilçisi “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nı məğlub edib. İsveçin “Malmö” komandası Danimarka “Kopenhagen”i ilə heç-heçəyə razılaşıb.

“Reyncers” ilk oyunda Çexiyanın “Viktoriya” komandasına qalib gəlib.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar

5 avqust

Malmö (İsveç) – Kopenhagen (Danimarka) 0:0
Dinamo (Kiyev, Ukrayna) – Pafos (Kipr) 0:1
Şkendiya (Şimali Makedoniya) – Qarabağ 0:1
Reyncers (Şotlandiya) – Viktoriya (Plzen, Çexiya) 3:0