“İnter Mayami”nin sahibi Messiyə söz verib: “Barselona” ilə…
“İnter Mayami”nin həmsahibi Xorxe Mas Messiyə “Barselona” azarkeşləri ilə vidalaşmaq üçün oyun təşkil edəcəyinə söz verib.
“Messinin “Barselona”dan ayrılması onun istədiyi kimi olmadı. O, uşaqlıqda onu qəbul edən klubla vidalaşa bilmədi və məncə, şərtlər Lionelin istədiyi kimi deyildi. Mən ona söz verdim ki, qarşıdakı illərdə mümkün olan hər şeyi edəcəyəm ki, o, “Barselona” azarkeşləri ilə vidalaşmaq imkanı əldə etsin”, – deyə “Marca” Masdan sitat gətirib.
Argentinalı 10 dəfə İspaniya çempionu və 4 dəfə Çempionlar Liqasının qalibi olduğu İspaniya “Barselona”sının yetirməsidir. 2021-ci ildə PSJ-yə keçib. Argentina millisinin tərkibində Messi dünya çempionu və Amerika kubokunun qalibi olub. O, yeddi dəfə “Qızıl top”un sahibidir.
Aut.az
