Türkiyə

“Fənərbaxça” portuqaliyalı futbolçunun müqaviləsini uzatdı

Türkiyənin “Fənərbaxça” klubunda yeni müqavilə qeydə alınıb.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi Migel Kresponun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi 2025-ci ilin yayına kimi Super Liqa klubuna məxsus olacaq.

Qeyd edək ki, “Fənərbaxça” Migel Kresponu 2021-ci ilin yayında “Eştoril”dən transfer edib. 27 yaşlı orta xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 65 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.