Vüsal İsgəndərli qol vurdu
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Vlazniya” ilə qarşılaşıb. Oyun “Eqnatiya”nın qələbəsiylə başa çatıb – 2:0.
Vüsal bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan cinah oyunçusu 85-ci dəqiqədə əvəzlənib. Vüsal 49-cü dəqiqədə komandasının birinci qolunu vurub.
“Eqnatiya” 6 turdan sonra 13 xalla liderdir.
