Dünya futbolu

“Qarabağ”ın rəqibi kubokda qələbə qazandı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Hakken” İsveç kubokunda növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Jonsered”lə qarşılaşıb. Görüş “Hakken”in qələbəsiylə başa çatıb – 4:1.

“Qarabağ” İsveç təmsilçisi ilə ilk oyununu oktyabrın 5-də rəqib meydanında keçirəcək.