“Sabah”ın Avropa Kuboku üçün heyəti açıqlandı
“Sabah” basketbol komandası FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsində keçirəcəyi oyunların iştirak ərizəsini açıqlayıb.
Aut.az xəbər verir ki, baş məşqçi Boban Mitev 12 oyunçunun adını siyahıya əlavə edib.
“Sabah” A qrupunda oktyabrın 2-də “Donar” (Qroningen, Niderland), 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid”lə (Buxarest, Rumıniya) qarşılaşacaq.
“Sabah”ın iştirak ərizəsi:
8. Fuad Niftullayev, 14. Endar Poladxanlı, 77. Şirzad Şirzadov, 22. Rüstəm Əliyev, 21. Əlikamran Məmmədov, 3. Pavle Marçinkoviç, 7. Kivon Tirek Davenport, 10. Maykl David Holton, 26. Artyoms Butyankovs, 12. Korin Darius Henri, 4. Desmond Ronald Kembric, 1. Donovan Smit
