Dünya futbolu

Mbappe zədələndi: Durumu necədir?

PSJ-nin hücumçusu Kilian Mbappe zədələnib.

Aut.az xəbər verir ki, o, Liqa 1-in 6-cı turunda “Marsel”lə matçda sıradan çıxıb. Mbappe meydana start heyətində daxil olsa da, 32-ci dəqiqədə zədələndiyi üçün Qonsalo Ramosla əvəzlənib.

Komandanın baş məşqçisi Luis Enrike oyundan sonra 24 yaşlı hücumçunun durumu barədə danışıb. O, zədənin ciddi olmadığını deyib:

“Bu, çox ciddi problem deyil, amma onun oynamasını çətinləşdirən ağrı var idi. Onu əvəzləmək daha məntiqli idi. Ancaq ciddi bir şey yoxdur”.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm futbolçu bütün turnirlərdə 5 matçda iştirak edib və 8 qol vurub.