Etiraf etdi: Ronaldonun transferi səhv idi
“Mançester Yunayted”in sabiq baş məşqçisi Ole Qunnar Sulşer maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, norveçli mütəxəssis “The Athletic”ə açıqlamasında Kriştiano Ronaldonun 2021-ci ildə “Yuventus”dan transfer edilməsinin səhv olduğunu etiraf edib:
“Bu, imtina etmək çətin olan bir fürsət idi. Hiss etdim ki, qərar qəbul edib transferi geri götürməliyik, amma sonda səhv olduğu ortaya çıxdı. Kriştiano ilk oyunda “Nyukasl”a dubl edəndə qərarın çox düzgün olduğunu hiss etdim. Azarkeşlər də yəqin ki, eyni hissləri keçirdilər. Ancaq sonradan vəziyyət dəyişdi.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin sonunda “Mançester Yunayted”dən qalmaqallı şəkildə ayrılıb. O, klubu uğursuz idarəçiliyə görə tənqid etdiyi üçün sözləşməsinə birtərəfli şəkildə xitam verilib.
Heybət
