İngiltərə

Artetaya “ilişdi” – Elə bilirdik Qvardiolanın şagirdidir, Mourinyoya oxşayır

“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karraqer “Arsenal”ın baş məşqçisi Mikel Arteta haqda danışıb.

Aut.az xəbər verir ki, Karrager “Liverpul”la oyundan sonra bu haqda “Sky Sports”a şərh verib.

“Arsenal”ı izləmək maraqlıdır, mən uzun müddətdir ki, bu haqda düşünürdüm, çünki Mikel Arteta Pep Qvardiola ilə işləyirdi və biz onun Qvardiolanın tələbəsi olduğunu düşünürdük.

Son 15 ilin ən uğurlu iki baş məşqçisi haqqında düşünsəniz, bir tərəfdə Pep Qvardiola, digər tərəfdə isə Joze Mourinyo var.

Mikel Arteta yavaş-yavaş Joze Mourinyonun tərzi olan məşqçiyə çevrilir. Heç kim belə olacağını düşünmürdü. “Liverpul”la oyunun  ikinci hissədə geri çəkildilər”, – deyə Karrager bildirib.

Aut.az