“Fənərbağça”dan Diniyevin komandasına
“Fənərbağça” futbolçusu Emre Demiri icarəyə verib.
Aut.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayına qədər “Ümraniyespor”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
I Liqada mübarizə aparan Ümraniye təmsilçisində Azərbaycan millisinin üzvü Coşqun Diniyev də forma geyinir.
Emre 2023-cü ilin yanvarında “Barselona” “Fənərbağça”ya keçib. O, İstanbul təmsilçisində rəsmi matça çıxmayıb.
