Türkiyə

Oyundan sonra əlbəyaxa dava oldu

Türkiyə Superliqasının 18-ci turunda “Adana Demirspor”  – “Ankaragücü” matçından sonra xoşagəlməz hadisə yaşanıb.

Aut.az xəbər verir ki, ev sahiblərinin 3:1 hesablı qələbsi ilə başa çatan görüşün ardından “Yeni Adana Stadionunun ətrafında iki komandanın azarkeşləri arasında mübahisə başlayıb. Bu mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt azarkeşlər bir-birlərinə daş atıblar. Hadisəyə görə ətrafdakı bir neçə avtomobilə zərər dəyib.

Daha sonra yerli polislər davaya müdaxilə ediblər.