İspaniya

Özünə axmaq dedi

“Barselona”nın prezidenti Xuan Laporta maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, tanınmış funksioner heç vaxt hazırkı vəzifəsini tutmaq istəmədiyini bildirib:

“Mən mərkəz hücumçusu olmaq istəyirdim. Futbolçusansa, şöhrətin, pulun olur… Klub prezidenti olmaq arzusuna düşən adam axmaqdır. Bunu heç vaxt xəyal etməmişdim”.

Qeyd edək ki, 2003-2010-cu illər aralığında da Kataloniya təmsilçisinin prezidenti postunu tutmuş Laporta 2021-ci ildən postuna qayıdıb.