Dünya futboluTürkiyə

“Trabzonspor”un maraq dairəsinə düşüb

Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Nikolay Şaparenko “Trabzonspor”un maraq dairəsinə düşüb.

Bildirilir ki, türklər yarımmüdafiə xəttini 24 yaşlı yarımmüdafiəçi ilə gücləndirmək istəyirlər və artıq Kiyev klubu ilə danışıqlara başlayıblar. İddialara görə, “Dinamo” layiqli təzminat alarsa, futbolçunu buraxmaq planı var.

Qeyd edək ki, sentyabrın 8-də “Trabzonspor” azad agent kimi komandaya qoşulan “Arsenal”ın sabiq cinah oyunçusu Nikolas Pepe ilə müqavilə imzalayıb.

Türkiyə çempionatının yeni mövsümünün ilk dörd turunda “Trabzonspor” 6 xal toplayıb.

Aut.az