Əvəzləndikdən sonra niyə ağlayıb? – FOTO
“Tottenhem”in və Braziliya millisinin hücumçusu Rişarlison DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Boliviya ilə matçda (5:1) əvəzləndikdən sonra göz yaşlarına boğulub.
26 yaşlı forvard qol imkanından yararlana bilmədiyi üçün 71-ci dəqiqədə Coelintonla əvəzlənib. Bundan sonra Rişarlisonun skamyada ağladığı kadrlarda görünüb.
Bu mövsüm Rişarlison bütün turnirlərdə “Tottenhem” heyətində 5 oyunda 1 qol vurub. O, Braziliya millisinin heyətində sonuncu dəfə dekabrın 5-də DÇ-2022-nin 1/8 finalında (4:1) Cənubi Koreya ilə oyunda qol vurub.

Aut.az
