“Sumqayıt”dan Macarıstan klubuna
“Sumqayıt”ın yollarını ayırdığı Todor Todoroski özünə yeni komanda tapıb.
Aut.az xəbər verir ki, Samir Abasovun 2023/2024 mövsümü üçün heyətdə düşünmədiyi və sərəncamında görmək istəmədiyi şimali makedoniyalı Macarıstanda oynayacaq.
O, bu ölkənin yüksək liqasında yarışan “Zalaeqerseq” klubu ilə müqavilə imzalayıb.
