Digər

Daha bir idmançı müharibədə öldü

Rusiya-Ukrayna müharibəsində uzun məsafəyə qaçış üzrə ixtisaslaşan ukraynalı idmançı Yuri Moçulski həlak olub.

Aut.az xəbər verir ki, sabiq idmançının ölümünü “İnstaqram” səhifəsində mərhumun qardaşı, idmançı Dmitri Demyanyuk təsdiqləyib.

“Artıq yox olduğuna inana bilmirəm. Ana oğulsuz, arvad ərsiz, bacı kiçik qardaşsız qalıb. Sən mənim üçün nümunə idin. O, müharibənin ilk günündə ölkəsini, ailəmizi müdafiə etmək üçün xaricdən gəlmişdi. Başqaları qaçanda, biz birlikdə çağırış komissiyasına gedirdik, 103-cü briqadada birlikdə xidmət edirdik.

İlk məzuniyyətimd sənin toyunda idim. Buna çox sevindim. İkinci məzuniyyətdə Rivnedəki xəstəxanada sizə baş çəkdim. “Azov”a getdin. İndi yenə məzuniyyətdəyəm, sənin dəfnində olacam. Dözülməz ağrıdır.

Ən mehriban insan. Əsl döyüşçü. Əsl vətənpərvər. Və əsl qəhrəman”, – Demyanyuk yazıb.

Aut.az