Axşam saatlarında rədd edə bilmədikləri təklifi alıblar
“Ayntraxt”ın idman direktoru Markus Kröşe transfer pəncərəsinin son saatlarında Randal Kolo Muaninin PSJ-yə keçidini şərh edib.
“Randalın bizimlə daha çox qalmasını istəyirdik. Biz son bir neçə həftə ərzində aparılan danışıqlarda həmişə buna təkid etmişik. Amma sövdələşmənin iqtisadi parametrləri həlledici oldu ki, bu da sonda “Ayntraxt”a rekord gəlir gətirdi.
Axşama yaxın razılaşmağa heç bir əsasın olmadığını və mövsümü Kolo Muani ilə birlikdə planlaşdırdığımızı açıqladıq. Axşam saatlarında “Ayntraxt”ın maraqları baxımından rədd edilə bilməyən yeni təklif aldıq. Biz Randala ötən mövsüm göstərdiyi performansa görə təşəkkür etmək istəyirik”, – deyə “Ayntraxt”ın mətbuat xidməti Kröşedən sitat gətirib.
Aut.az
