Almaniya

Kloppdan sonra bunu ilk dəfə bacardılar

Bundesliqanın 27-ci turu çərçivəsində “Bavariya” – “Borussiya Dortmund” matçı baş tutub. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Aut.az xəbər verir ki, qonaqlar son 10 ildə ilk dəfə Mühnen səfərində qələbə qazanmağı bacarıb. “Arılar” “Bayern” üzərində son səfər qələbəsini 2014-cü ilin aprelin 12-də əldə etmişdi.

“Borussiya” son olaraq Yurgen Kloppun rəhbərlik etdiyi dönəmdə “Bavariya”nı 3:0 hesabı ilə məğlub etmişdi. Bu alman mütəxəssisin komandanı tərk etməsindən sonra “pivəçilər” üzərində qazanılan ilk qələbədir.