Azərbaycan futbolu

Yusif İmanov top-klublar üçün hazır olanların siyahısında

Azərbaycan millisinin və “Sabah” klubunun qapıçısı Yusif İmanov top-klublar üçün ən çox hazır olan 100 gənc futbolçu sırasına düşüb.

Aut.az xəbər verir ki, 21 yaşlı qolkiper Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin açıqladığı siyahıda yer alıb. İmanov 49,5 təcrübə göstəricisi ilə 55-cidir. Onun transfer dəyəri isə 700 min avro olaraq qeyd edilib.

Birinci sırada “Benfika”dan Antoniu Silva (79,5 təcrübə) qərarlaşıb. Hücumçunun qiyməti 102,5 milyon avrodur.

“Şaxtyor” (Donetsk) klubundan Georgi Sudakov (35,6 milyon avro) ikinci, Braziliyanın “San-Paulu” komandasının üzvü Pablo Maiya (17,4 milyon avro) üçüncü olub. Hər iki oyunçu 64,6 təcrübə göstəricisinə malikdir.