Prezident Bəxtiyardan danışdı: Dəyərlidir
“Beşiktaş”ın prezidenti Əhməd Nur Çəbi qazaxıstanlı yarımmüdafiəçi Bəxtiyar Zaynutdinovun transferi haqda danışıb.
“Bəxtiyar Zaynutdinov çox dəyərli transferdir. Türk dövlətlərində yaşayan insanlar bu keçidə çox sevindilər. O, demək olar ki, istənilən mövqedə oynaya bilər”, – deyə Çəbi sitat gətirib.
Daha əvvəl mətbuatda məlumat yayılmışdı ki, Türkiyə klubu qazax futbolçuya görə CSKA-ya 5 milyon avro ödəyib.
Aut.az
