“Sabah” Sloveniya klubunu məğlub etdi
“Sabah” Sloveniya toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Aut.az xəbər verir ki, Masazır təmsilçisi yerli “Koper” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Krunoslav Renduliçin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah”ın heyətində Abdulla Xaybullayev fərqlənib.
