Bu təklifdən imtina edə bilmədi
Qətərin “Əl-Ərəbi” klubu italyan yarımmüdafiəçi Marko Verrattinin transferi üçün PSJ-yə cəlbedici məbləğ təklif edib, fransız klubu bundan imtina edə bilməyib.
Aut.az xəbər verir ki, bu barədə Nikolo Skira sosial şəbəkələrdə yazıb. Mənbənin sözlərinə görə, Qətər klubu PSJ ilə prinsipial razılığa gəlib və Verrattinin transferi üçün 50 milyon avro ödəməyə hazırdır.
Həmçinin qeyd olunur ki, yarımmüdafiəçi Qətər klubuna mümkün keçid haqda düşünür, baxmayaraq ki, ona 2026-cı ilə qədər çox sərfəli müqavilə təklif olunub.
Verratti ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” oyunçunun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
Aut.az
