Dünya futbolu

“Beşiktaş”dan Portuqaliya klubuna

Türkiyənin “Beşiktaş” klubu futbolçusu Fransisko Monteronu icarəyə verib.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı müdafiəçini Portuqaliyaya göndərib. İspan arxa xətt oyunçusu “Arouka”ya icarəyə verilib.

İspaniya U-21 millisinin sabiq üzvü 2023/2024 mövsümünü icarə əsasında Premyer Liqa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, “Beşiktaş” Fransisko Monteronu 2020-ci ilin yayında “Atletiko”dan transfer edib. O, son mövsümü icarə əsasında “Hamburq”da keçirib.