Di Mariya niyə Ronaldonu yox, Messini tarixin ən yaxşısı hesab edir?
“Real Madrid”in və Argentina yığmasının sabiq hücumçusu Anxel Di Maria Kriştiano Ronaldonun özünü tarixin ən yaxşı futbolçusu hesab etməsi ilə bağlı açıqlamasına təəccüblənib-təəccüblənmədiyini cavablandırıb.
“Mən təəccüblənmirəm, çünki onunla dörd il “Real”da oynamışam. Həmişə belə olub. Həmişə belə açıqlamalar verir, həmişə ən yaxşı olmağa çalışırdı. Ancaq sehrli çubuğun toxunduğu başqa bir oyunçu olduğu üçün o, əlverişsiz vaxtda doğuldu. Bu reallığı rəqəmlər də təsdiqləyir. Onlardan birinin səkkiz, digərinin isə beş “Qızıl top”u var. Əhəmiyyətli bir fərqdir.
Dünya çempionu olmaq və iki Amerika Kubokunu qazanmaq da fərq yaradan bir şeydir. Sonra Messini matçlarda görürsən. Hər oyunun hər dəqiqəsi öz həyətindəymiş kimi oynayır. Və 18, 20 ildir ki, bu işlə məşğuldur. Hamı deyir: “Onun meydanda nə edəcəyi artıq məlumdur”. Yaxşı, elə isə topu Leodan almağa çalışın. 40 yaşı olsa belə, hər şeyi düzgün edəcək. Messi tiki-taka oynamağa davam edəcək.
Kriş özü olaraq qalır. Həmişə belə açıqlamalar verib. Amma mənim üçün Leo, şübhəsiz ki, dünyanın ən yaxşısı və tarixin ən yaxşısıdır”, – deyə Di Marianın sözlərini “Infobae” sitat gətirib.
Aut.az
