Messisiz oynamağa alışmalıyıq – Planı nədir?
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino Lionel Messinin “Nyu-York Red Bullz”la matçın ikinci yarısında meydana daxil olmasına (2:0) münasibət bildirib.
“Qalib gəlmək çox vacibdir, çünki Leo milli komandaya qoşulmaq üzrə olduğu üçün biz rotasiya ilə oynamağa alışmalıyıq. O, bu il ən azı üç oyunu buraxacaq və gələn il də belə olacaq.
Başa düşməlisiniz ki, o, burada olmayanda da komanda nəticə göstərməlidir”, – MLS rəsmi saytı Martinonun sözlərindən sitat gətirir.
Aut.az
