İngiltərə

Haalanda hücum oldu – FOTO

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland  “Şeffild Yunayted”lə oyunda azarkeşin hücumuna məruz qalıb.

 Aut.az xəbər verir ki, “Brammel Lane” stadionunda olan azarkeşlərdən biri futbolçunun üzərinə atılıb. Təhlükəsizlik əməkdaşları cəld reaksiya verib və fanatı zərərsizləşdirib.

Xatırladaq ki, bir neçə dəqiqə əvvəl İngiltərə Premyer Liqasının 3-cü turunun “Şeffild Yunayted” – “Mançester Siti” matçı başa çatıb. Görüşün baş hakimi Jarred Gillettin final fiti “şəhərlilər”in qələbəsini müəyyənləşdirib – 2:1. “Siti”nin qollarından birini norveçli hücumçu vurub.

Haalanda hücum oldu – FOTO