Ronaldo Tacikistana gedir, Düşənbədə hamı bilet axtarır
Tacikistanın “İstiqlol” klubunun vitse-prezidenti Muhsin Muhamadiyev Asiya Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasının nəticələrini şərh edib.
Aut.az xəbər verir ki, Düşənbə “İstiqlol”u portuqaliyalı hücumçu Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə eyni qrupa düşüb.
“Ronaldonun başçılıq etdiyi böyük ulduzları bir araya gətirən “Əl-Nəsr” komandası ilə yanaşı, unutmamalıyıq ki, həm İran çempionu “Persepolis”, həm də Qətərin “Əl-Duhail”i ağır komandalardır.
Təbii ki, çalışacağıq. Düşünürəm ki, ən çətin qruplardan birinə düşmüşük. Amma bizim üçün, xüsusən də azarkeşlər üçün çox maraqlı olacaq – böyük bir hadisə olacaq! Artıq zəng edib bilet satışının nə vaxt başlayacağını soruşurlar. Həyəcan çox böyükdür!
Təbii ki, Ronaldonun gələcəyini təsəvvür edə bilməzdik. Görək necə oynayacağıq. Allah eləsin ki, gəlsin”, – deyə Muhamadiyev “Sport24”-ün müxbiri Zarina Xalimxonovaya müsahibəsində bildirib.
Aut.az
