“Neftçi” ilə anlaşdı, sabah Bakıda olacaq
“Neftçi” növbəti transferini reallaşdırıb.
Aut.az xəbər verir ki, “ağ-qaralar” hazırda Paraqvayın “Qvayrenya” klubunda çıxış edən Dieqo Valdeslə anlaşıb. Paraqvaylı yarımmüdafiəçi 6 və 8 nömrə mövqeyində oynaya bilir. Təcrübəli oyunçu ilə 2+1 illik müqavilə imzalanacaq.
Artıq yola çıxan Valdesin sabah Bakıda olacağı gözlənilir. Bu barədə onun ailə üzvləri paylaşım edib.

