Azərbaycan futbolu

Statistika açıqlandı: Qarabağ”ın qapıçısı Avropada ən yaxşıdır

“Qarabağ”ın qapıçısı Andrey Lunyev bu avrokubok mövsümünün seyvlərinin sayına görə Avropanın bütün qapıçıları arasında ən yaxşı

Aut.az xəbər veririk, bu barədə” Opta Sports” öz Telegram kanalında məlumat yayıb.

Mənbənin sözlərinə görə, Lunev Avropa Liqası və Konfrans Liqasının 8 oyununda komandasını 36 dəfə xilas edib.

Avrokubok mövsümündə Lunyevin qoruduğu qapıya 47 zərbə vurulub ki, qapıçı onların 72%-ni dəf edib.

Eyni zamanda o, avtoqol istisna olmaqla, 12 qol buraxıb.

Xatırladaq ki, Lunyev “Qarabağ”a ötən yay azad agent kimi keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 1 milyon avrodur.

Aut.az