Çilili hücumçu Rusiya klubunda
Moskva ÇSKA-sı heyətini yeni futbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, Rusiya təmsilçisi Meksika “Leon”undan Viktor Davilanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Viktor ÇSKA-da 7 nömrəli formanı geyinəcək.
