İtaliya

Bu ölkəyə gedir?

2023/24 mövsümü üçün “Yuventus”un iştirak ərizəsinə salınmayan Leonardo Bonuççi karyerasını Bundesliqada davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Son bir neçə həftə ərzində yeganə etibarlı variantlar “Union Berlin” və “Latsio” idi. Mənbənin məlumatına görə, avqustun 21-də Bonuççinin nümayəndələri şəxsi şərtləri müzakirə etmək üçün yenidən Almaniya klubunun rəhbərliyi ilə əlaqə saxlayıblar.

Digər tərəfdən, “Latsio” Bonuççini prioritet transfer hesab etmir. Əgər situasiya dəyişməsə, o zaman mərkəz müdafiəçisi ilk dəfə legioner həyatı yaşaya bilər.