Dünya çempionu sevgilisi ilə belə istirahət edir – FOTOLAR
Maks Ferastappen “Formula 1″dəki fasiləni Aralıq dənizində dincəlməklə keçirib.
Aut.az xəbər verir ki, o, istirahət müddətində tək olmayıb. Sevgilisi Kelli Piketlə birlikdə dincəlib. 25 yaşlı hazırkı dünya çempionu həmin anları izləyiciləri ilə bölüşüb.


Kelli əfsanəvi sürücü, 3 qat dünya çempionu Nelson Piketin qızıdır. O da sosial şəbəkə hesabından tətildən bir neçə foto paylaşıb.
34 yaşlı Kelli 2021-ci ilin yanvarından Verstappenlə görüşür. Bundan əvvəl o, iki il sabiq “Red Bull” sürücüsü Daniil Kvyat ilə görüşüb.


Verstappenin tətili bu həftə başa çatır. O, avqust 27-də keçiriləcək Niderland Qran-prisi üçün işbaşına qayıdacaq.


