Dünya futbolu

Messinin qüdrəti: ən ucuz bilet 650 dollardan başlayır

Messinin “İnter Mayami”yə keçidi MLS-ə biznes baxımından xeyli divident gətirib.

Aut.az xəbər verir ki, argentinalının gəlişi ilə oyunlara maraq yetərincə artıb. Bu da qarşılaşmalara bilet tələbatı yaradıb.

Nəticədə qiymətlər fantastik həddə qədər yüksəlib.

“İnter Mayami” artıq Liqa Kubokunun finalına vəsiqə qazanıb. Finalda onların rəqibi “Neşvil” olacaq. Bu qarşılaşma üçün biletlər satışa çıxarılıb.

Ən ucuz bilet 650 dollardan başlayır. Final oyunu avqustun 20-də keçiriləcək.

Aut.az