İş tapdı, bu yığmanı çalışdıracaq
Fransa millisinin sabiq hücumçusu Tyerri Anri məşqçilik karyerasını bərpa etməyə yaxındır.
Aut.az xəbər verir ki, təyinat yaxın günlərdə elan edilməlidir. RMC Sport-un məlumatına görə, 46 yaşlı mütəxəssis Fransanın U21 yığmasının vakant baş məşqçi postuna əsas namizəddir.
İyul ayında Silven Ripol altı illik fəaliyyətdən sonra vəzifəsindən azad edilib. Onun rəhbərliyi altında komanda gənclər arasında Avropa çempionatının 1/4 final mərhələsinə çıxmışdı.
Anrinin son iş yeri Belçika millisində məşqçi köməkçisi olub.
