Onu kim əvəz edəcək? – Özü açıqladı
İtaliya millisinin baş məşqçi postunu tərk edən Roberto Mançini onu kimin əvəz edəcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, Mançini bu barədə “CorSport”a açıqlamasında danışıb.
“İtaliya Futbol Federasiyası ilə artıq eyni koordinatda deyildik. Avqustun 7-dən Federasiya ilə danışıqlar aparıram. Mən İtaliya millisini çox sevirdim. Mən heç kimi öldürməmişəm, hörmətə layiqəm. Spalettiyə uğurlar arzulayıram. Düşünürəm ki, mənim davamçım o olacaq”.
Spalletti hazırda işsizdir. 2022/23 mövsümündə o, “Napoli”ni çempionluğa aparıb, bundan sonra prezident Aurelio De Laurentis ilə fikir ayrılığına görə klubu tərk edib.
