Azərbaycan futbolu

Nemət “Kəpəz”i 150 manat ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Aut.az xəbər verir ki, toplantıda Azərbaycan Əvəzedicilər Liqasının I turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz-2” – “Neftçi-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir;

“Kəpəz-2” – “Neftçi-2” oyununda polis əməkdaşları vaxtından əvvəl stadionu tərk etdiyinə görə “Kəpəz-2” komandası 200 manat cərimə edilir;

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir;

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 6 nömrəli futbolçusu Nemət Musayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 2 oyun cəzalanır, komanda 150 manat cərimə edilir;

“Sabah-2” – “Qəbələ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusun sarı vərəqə ilə cəzalandığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir.