Azərbaycan futbolu

Diniyev Azərbaycan millisində

“Ümraniyespor”da çıxış edən Coşqun Diniyev Azərbaycan yığmasına dəvət alıb.

Aut.az xəbər verir ki, millinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Belçika və yoldaşlıq görüşündə İordaniya ilə oyun üçün yarımmüdafiəçiyə dəvət göndərib.

Milli sentyabrın 9-da Belçikanı qəbul edəcək. Üç gün sonra isə İordaniya ilə yoldaşlıq oyunu keçirəcək.