Dünya futbolu

Bir gündə sabiq klubuna sərvət qazandırdı – FOTOLAR

Kriştiano Ronaldonun yetirməsi olduğu “Sportinq” maraqlı addım atıb.

Aut.az xəbər verir ki, Portuqaliya klubu ev oyunlarını keçiriyi Joze Alvalade stadionun 20 illiyi ilə əlaqədar superulduzun komandada çıxış edərkən geydiyi qızılı-qara rəngli formaları satışa çıxarıb. Lissabon təmsilçisinin azarkeşləri Ronaldonun formalarına böyük maraq göstəriblər.

Təsadüfi deyil ki, ilk gündə “Sportinq” 10000 ədəd forma satıb. Nəticədə klub 750 min avrodan çox gəlir əldə edib. Başqa bir maraqlı məqam odur ki, formaların üzərində istehsalçı kimi Ronaldoya məxsus CR7 brendi göstərilib.

Bir gündə sabiq klubuna sərvət qazandırdı - FOTOLAR

Bir gündə sabiq klubuna sərvət qazandırdı - FOTOLAR

Qeyd edək ki, Kriş 1997-ci ildə “Nasional” klubunda çıxış edərkən “Sportinq”in seçimlərinə qatılıb və klubun akademiyasına seçilib. 2002/03 mövsümündə Lissabon təmsilçisinin əsas komandasında çıxış edib. 2003-cü ilin yayında 19 milyon avro qarşılığlnda “Mançester Yunayted”ə transfer olunub. O, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.

Maraq üçün əlavə edək ki, Ronaldo “Sportinq” formasıyal Joze Alvalade stadionunda cəmi 1 oyuna – “Mançester Yunayted”lə açılış matçına çıxıb. Həmin görüşdə sərgilədiyi performans nəticəsində İngiltərə təmsilçisinin baş məşqçisi Ser Aleks Ferqyuson Ronaldonun transfer edilməsini istəyib. Bu keçid cəmi 6 gün ərzində reallaşıb.