“Real”la PSJ nə hayda, o nə hayda – FOTO
Bütün dünya PSJ-nin hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı fikir mübadiləsi apararkən, futbolçu günlərinin tamam başqa formada keçirməklə məşğuldur.
Aut.az xəbər verir ki, bu yaxınlarda o, İtaliyanın Sardiniya adasında bir neçə qızla görünüb. Onların yerli modellər – Olivia və Nikol Giannella bacıları olduğu ortaya çıxıb.
Yay transfer pəncərəsi açılandan bəri futbolda ən çox danışılan şəxs Kilian Mbappe olub. Onun “Real”a keçəcəyiylə bağlı xəbərlər var. Ancaq görünür Kilian özü söz-söhbətlərə məhəl qoymayaraq iki gözəl qızın əhatəsində dincəlməyə üstünlük verir.
.jpg)



