“Yuventus”dan “Samsunspor”a
“Yuventus”un futbolçusu Mohamed İhattaren karyerasını Türkiyədə davam etdirəcək.
Aut.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Samsunspor”la razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq.
PSV-nin yetirməsi olan İhattaren 2021-ci ildən “Yuventus”da çıxış edirdi. O, əsas komanda ilə oyuna çıxmayıb.
