“Sabah” – “Beşiktaş” oyununda bu qədər vəsait toplanıb
“Sabah” – “Beşiktaş” xeyriyyə matçının gəlirləri bəlli olub.
Aut.az xəbər verir ki, qarşılaşmanın gəlirləri 718019 AZN təşkil edib. Bu barədə “bayquşlar”ın mətbuat xidməti məlumat yayıb.
Oyundan əldə edilmiş bütün gəlir ən qısa zamanda “Beşiktaş” tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.
Qeyd edək ki, mayın 13-də Bakıda keçirilən qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
