Azərbaycan futbolu

“Volfsburq”un sabiq futbolçusu “Araz-Naxçıvan”da -RƏSMİ

Azərbaycan Premyer Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Aut.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi İsmail Azzauini transfer edib.

Mərakeş əsilli Belçika vətəndaı olan yarımmüdafiəçi müxtəlif illərdə RSCA-nın U-18 (Belçika), “Tottenhem”in U-18 və U-21 (İngiltərə), “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib.

25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.