“Kəpəz”, “Araz-Naxçıvan” və “Sumqayıt” növbəti mərhələdə
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin görüşləri davam edir.
Aut.az xəbər verir ki, bu gün daha 4 matç keçirilib.
“Şahdağ Qusar”ı minimal hesabla üstələyən “Qaradağ Lökbatan” növbəti mərhələyə adlayıb. I Liqa təmsilçisi 1/8 finalda “Neftçi”yə rəqib olub. Premyer Liqa təmsilçisi “Kəpəz” isə II Liqanın lideri “Baku Sportinq”i əlavə vaxtda vurduğu qollarla üstələyə bilib. Qərb təmsilçisinin növbəti rəqibi “Sabah” olacaq.
Digər Premyer Liqa təmsilçilərinə gəlincə, “Araz-Naxçıvan” “Kür-Araz”a şans verməyərək 1/8-ə adlayıb. Azər Bağırovun komandasının növbəti mərhələdəki rəqibi “İrəvan” olacaq.
Bu günə “Lerik” – “Sumqayıt” matçı ilə yekun vurulub. Sumqayıt təmsilçisi də rəqibinə 6 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib. Bu komandanı növbəti mərhələdə “Karvan”la duel gözləyir.
Qeyd edək ki, II təsnifat mərhələsinin dünən keçirilən 4 oyunundan sonra “Səbail”, “Turan Tovuz”, “Karvan” və “İrəvan” adlarını 1/8 finala yazdırıb. Mərhələyə sabah baş tutacaq 2 matçla (“Zaqatala” – Şamaxı” və “İmişli” – “Mingəçevir”) yekun vurulacaq.
Azərbaycan Kuboku, II təsnifat mərhələsi
29 noyabr
13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan” 0:1
Qol: Sultan Mustafayev, 60
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
“Şahdağ Qusar”: 1. Babək Allahverdiyev, 14. Rahid Əmirquliyev (k), 3. Əlimirzə Daşzərini, 88. Mehdi Rəsulov, 11. Tural Qurbatov, 38. Mübarək Şaquliyev, 71. İlqar Hüseynov, 7. Salman Atluxanov, 77. Coşqun Qorçiyev, 4. Rubin Seyidov, 21. Ruslan Ağalarov
Ehtiyat oyunçular: 99. İlkin Hacıxanov, 8. Fərman Qənbərov, 17. Nicat Abbasov, 19. Samir Şixzadayev, 27. Kamran Qürbətov, 16. Denis İsmixanov, 30. Ruslan Kiçibəyov
Baş məşqçi: Bəhram Şaquliyev
“Qaradağ Lökbatan”: 25. Əmrah Zülfüqarlı, 77. Sərxan Abdullayev, 8. Urfan İsmayılov (k), 5. Murad Qayalı, 6. Xəyal Tomarov, 17. Kənan Cəfərov, 33. Fərid Mahmudov, 44. Cavidan Rəhimli, 9. Xəlil Bəşirov, 11. Seyxan Fərəcov, 15. Mehdi Tahirov
Ehtiyat oyunçular: 90. Cavidan İzzətli, 21. Novruz Məmmədov, 88. Tunar Mütəlimov, 7. Sultan Mustafayev, 22. Mehman Məsimov, 3. İsa İsayev, 4. Asif Məmmədov, 14. Orxan Əliyev, 27. Mircamal Əlizadə, 19. Mehdi Həşumov
Baş məşqçi: Azər Həşimov
13:30. “Kəpəz” – “Baku Sportinq” 1:0
Qol: Nemət Musayev, 99, Martins Junior, 107
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu.
“Kəpəz”: 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov (k), 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 24. Olavale Onanuqa
Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 78. Yeqor Xvalko, 21. Martins Junior
Baş məşqçi: Adil Şükürov
“Baku Sportinq”: 1. Cəfər Əlizadə, 13. Comərd Baxşəliyev, 25. Qərib İbrahimov, 9. Röyal Nəcəfov (k), 8. Aqşin Paşayev, 7. Məhəmməd Xəlilov, 3. Taleh Babayev, 28. Ülvi Quliyev, 32. Elməddin Hüseynzadə, 5. Rəvan Kərimov, 99. Hakan Həsənov
Ehtiyat oyunçular: 22. Vaqif Şirinbəyov, 27. Bəxtiyar Soltanov, 10. Elgün Abbaslı, 17. Hüseyn Əliyev, 44. Vüqar Rəhimov, 14. Emil Həsənzadə, 6. Ağası Babayev, 2. Ramil Rüstəmov, 15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov
15:00. “Kür-Araz” – “Araz-Naxçıvan” 1:2
Qollar: Ramazan Abbasov 52, Kadiri Mohammed, 21, Nicat Süleymanov 47, Orxan Əliyev 65, Nicat Süleymanov 87, Orxan Əliyev 88, Nicat Süleymanov 90
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Dalğa Arena”.
18:00. “Lerik” – “Sumqayıt” 0:6
Qollar: Rövlan Muradov, 19. Sənan Muradlı, 41. Erik Sorqa, 54. Kamran Quliyev, 68; 80. Nihad Əhmədzadə, 77-pen.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Kapital Bank Arena”.
