Azərbaycan futbolu

“Sabah” – RFS matçına satılan bilet sayı məlum oldu

“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda avqustun 3-də RFŞ-ni (Latviya) qəbul edəcək.

“Bank Respublika Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək. Oyun üçün bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən Aut.az-a verilən məlumata görə, artıq 3 min 500 bilet satılıb. Satışa çıxarılan bilet sayı 8 min 600-dür.

“Sabah” ilk oyunda səfərdə rəqibini 2:0 hesabıyla məğlub edib.