Azərbaycan futbolu

Husniddin Nişonov “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” futzal klubu Özbəkistan millisinin hücumçusu Husniddin Nişonovla anlaşıb.

Aut.az xəbər verir ki, 25 yaşlı futzalçı ölkəsinin BMB kubundan icarəyə götürülüb.

Razılığa əsasən, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zamanı “Araz-Naxçıvan”a kömək edəcək. Husniddin Nişonov avqustun 5-də yeni komandasına qoşulacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı Luka Pavloviçi heyətinə qatıb.