Azərbaycan futboluSeçmə

“Qarabağ” sabiq futbolçusunu geri qaytarır? – FOTOFAKT

“Qarabağ”ın sabiq futbolçusu, ötən yay “Ferensvaroş”a transfer olunan Ovusu Kvabenanın “Instagram” səhifəsindəki paylaşımı diqqət çəkib.

Aut.az xəbər verir ki, qanalı forvard son postunda Ağdam təmsilçisinin Suraxanı qəsəbəsindəki bazasında çəkilmiş fotolar yerləşdirib.  Bəzi keçmiş komanda yoldaşları onu qayıdışı ilə bağlı təbrik edib.

Azarkeşlər də ona geri dönməsiylə bağlı çağırışlar ediblər.

Qeyd edək ki, Ovusu Kvabena ötən ilin yayında “Qarabağ”dan Macarıstan təmsilçisinə transfer olunub.

"Qarabağ" sabiq futbolçusunu geri qaytarır? - FOTOFAKT

"Qarabağ" sabiq futbolçusunu geri qaytarır? - FOTOFAKT