Dünya futbolu

FİFA qərarını sentyabrda açıqlayacaq

2026-cı ildə keçiriləcək futbol üzrə Dünya çempionatının finalının keçiriləcəyi arena hələ də müəyyənləşməyib.

Aut.az xəbər verir ki, Dallas, Los-Anceles şəhərlərindəki stadionlar və Nyu-York ətrafında yerləşən “Metlayf Arena” munduialın əsas oyununu qəbul etmək üçün əsas iddiaçılardır. Bu barədə “Global Tourism” məlumat yayıb.

FİFA-nın finalın keçiriləcəyi stadionu 2023-cü ilin sentyabrında açıqlaması gözlənilir.

DÇ-2026-nl 3 ölkə – ABŞ, Kanada və Meksika qəbul edəcək. Oyunlar 16 müxtəlif şəhərdə keçiriləcək. Bu mundial bir sıra yeniliklərlə əlamətdar olacaq. Turnir ilk dəfə üç ölkədə keçiriləcək. Yarışda ilk dəfə olaraq 48 komanda iştirak edəcək.