Sabiq “Beşiktaş”lı “Qalatasaray”da
Türkiyənin “Qalatasaray” klubu yeni qapıçı transfer edib.
Aut.az xəbər verir ki, “sarı-qırmızılar” “Qaziantep”dən Günay Güvençi heyətinə qatıb. İstanbul təmsilçisi 32 yaşlı qolkiper üçün 250 min avro ödəyəcək. Bu barədə “Sabah” nəşri məlumat yayıb.
Qeyd edək ki, 2013-2016-cı illərdə “Beşiktaş”da çıxış edən Günay Güvenç 2016-cı ildə Türkiyə Super Liqasının qalibi olub.
