İspaniya

Ya satacaqlar, ya da müqaviləni ləğv edəcəklər

“Barselona” yaxın bir neçə həftə ərzində satış üzrə danışıqlar apara bilməsə, müdafiəçi Serjino Destlə müqaviləni ləğv etməyi düşünür.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Xavi Migel “Tvitter” hesabında məlumat verib.

22 yaşlı Dest Xavinin məşqçilər korpusunun planlarında yoxdur. Amerikalı futbolçuya ABŞ-dakı tur zamanı etibar edilir, lakin o, “Barselona” rəhbərliyini və məşqçilərin ümidini doğrultmur.

Futbolçu 2020-ci ilin payızında “Ayaks”dan 21 milyon avroya transfer olunub. Onun İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Dest ötən mövsümü icarə əsasında “Milan”da keçirib. Lakin İtaliya nəhəngi futbolçunu almaq opsiyasını aktivləşdirməyib.

Aut.az