DÇ-də ilk: hicablı futbolçu meydana çıxdı – FOTO
Mərakeşin qadınlardan ibarət yığmasının müdafiəçisi Nuhayla Benzina dünya çempionatında çıxış edən ilk hicablı futbolçu olub.
Aut.az xəbər verir ki, o, Cənubi Koreya millisi ilə qrup mərhələsinin 2-ci turunun matçında ilk dəqiqələrdən meydana daxil olub.
Nuhayla Benzina bütün 90 dəqiqə meydanda olub və matçın sonunda sarı vərəqə alıb. Görüş Mərakeş yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 6-cı dəqiqədə mərakeşli hücumçu İbtissam Craydi vurub.
Dünya çempionatı iyulun 20-dən avqustun 20-dək Yeni Zelandiya və Avstraliyada keçiriir. ABŞ hazırkı dünya çempionudur.

Aut.az
